525.Az

Təmas xəttində daha bir monitorinq keçiriləcək


 

Təmas xəttində daha bir monitorinq keçiriləcək<b style="color:red"></b> ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 5-də Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Saymon Tiller keçirəcəklər.
 





04.05.2015    çap et  çap et