525.Az

I Avropa Oyunlarının Məşəli Salyanda olub


 

I Avropa Oyunlarının Məşəli Salyanda olub<b style="color:red"></b> Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəli Cəlilabad rayonundan sonra Salyan rayonuna gətirilib.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl şəhərin giriş qapısında qarşılanıb.
 
Kür sahilini dolaşan məşəl estafeti saat 12:20-də start götürüb.
 
Məşəli qəbul edən Kinq boksinq üzrə idmançı, məşqçi Rahil İsgəndərov 10 həmkarı ilə birgə yürüşü davam etdirib. 3200 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən atletlər məşəli Heydər Əliyev parkına çatdırıblar. Burada Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 2-ci kurs tələbəsi, boksçu Cavid Quliyev məşəli Meydanda qurulan səhnəyə qaldıraraq, simvolik çırağı yandırıb.

Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, millət vəkili Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlət başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
 
Daha sonra Salyan  şəhəri Aşıq Pənah adına məktəb-liseyin 2-ci sinif şagirdi Zərxanım Ağabəyova Avropa Oyunlarının sonuna qədər saxlamaq üçün simvolik çırağı təhvil alıb.
 
Yürüş iştirakçıları Salyan şəhər mərkəzində təşkil olunana konsertlə tədbiri canlandırıblar. Yarışın rəmzi Salyandan Neftçalaya yola salınıb.
 





04.05.2015    çap et  çap et