525.Az

“Builki abituriyentlərin bilik səviyyəsi əvvəlki illərin abituriyentləri ilə eynidir”


 

“Builki abituriyentlərin bilik səviyyəsi əvvəlki illərin abituriyentləri ilə eynidir”<b style="color:red"></b> "Bu il ali məktəblərə qəbul imtahanlarında iştirak edəcək sınaq imtahanlarında iştirak ediblər. İndiyədək təxminən 200 minə yaxın şəxs sınaq imtahanlarına qatılıb. İmtahanlar 57 regionda keçirilib". 
 
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu il 2074 nəfər virtual sınaq imtahanlarına qatılıb.
 
TQDK sədri əlavə edib ki, sınaq imtahanlarında iştirak edənlərdən 42 291-i bu ilin məzunu, 8 mini isə əvvəlki illərin məzunudur:

"3 sınaq imtahanının nəticəsinə əsasən, deyə bilərik ki, builki abituriyentlərin bilik səviyyələri əvvəlki illərin abituriyentləri ilə eynidir. Hazırda Azərbaycanda keçirilən sınaq imtahanlarının ümumi nəticələri araşdırılır və işlər yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək”.  
 





04.05.2015    çap et  çap et