525.Az

Ukrayna da "qondarma seçki"yə "yox" dedi


 

Ukrayna da "qondarma seçki"yə "yox" dedi<b style="color:red"></b> "Ukrayna mayın 3-də Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni tanımır və qeyri-legitim hesab edir".

APA-nın məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
 
Bəyanatda bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən bu “seçkilər”in hüquqi nəticəsi ola bilməz:

"Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipləri çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir”.
 





04.05.2015    çap et  çap et