525.Az

DİN paytaxtda və bölgələrdə vətəndaşlara şəxsiyyət vəsiqələri verib


 

DİN paytaxtda və bölgələrdə vətəndaşlara şəxsiyyət vəsiqələri verib<b style="color:red"></b> Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Bakı şəhərinin Qaradağ, Suraxanı Rayon Polis idarələrinin, eyni zamanda, respublikanın Şabran və Qubadlı Rayon Polis şöbələrinin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə həmin rayonlarda da baş tutub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qaradağ rayonunda 180 nəfərin etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqəsi dəyişdirilib, həddi-buluğa çatan 9 gəncin, 11 qoca, əlil və xəstənin sənədləri qəbul edilib.

Suraxanıda  isə 57 nəfərin vəsiqəsi yeniləri ilə əvəzlənib, orta ümumtəhsil məktəblərinin buraxılış siniflərinin 90 şagirdinə şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub.

Şabranda  analoji tədbir nəticəsində  25 şəxs,  ümumilikdə, ötən ay rayon üzrə 385 nəfər  yeni sənədlərlə təmin edilib.

Qubadlı rayonunun isə 125 sakininə yeni şəxsiyyət vəsiqələri verilib.
 





04.05.2015    çap et  çap et