Beynəlxalq İqtisadiyyat və Sülh İnstitutu 2012-ci il üçün terror riski olan ölkələrin siyahısını açıqlayıb.
APA-nın visionofhumanity.org saytına istinadən verdiyi məlumata görə, siyahı hadisələr, ölüm, xəsarət almalar və əmlak itkisi göstəricilərinə görə 5 ilin orta rəqəminə əsasən tərtib olunub.
158 ölkənin adının yer aldığı siyahının ilk onluğunda İraq, Pakistan, Əfqanıstan, Hindistan, Yəmən, Somali, Nigeriya, Tailand, Rusiya və Filippin durur. İran siyahıda 17-ci, Türkiyə 19-cu yerə sahibdir. Azərbaycan 0,87 indekslə 81-ci yerdə qərarlaşıb.
çap et