525.Az

Əhməd Cavadın doğum günüdür


 

Əhməd Cavadın doğum günüdür<b style="color:red"></b>

Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. Gəncə ruhani seminariyasında, Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində təhsil alıb.

Quba Xalq Maarif şöbəsinin müdiri, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri, Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor, "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri işləyib.

Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunub. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılıb.

Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb, 1937-ci il cəza tədbirlərinin qurbanı olub.

Mənbə: Vikipediya

 





05.05.2015    çap et  çap et