525.Az

"Məktəblərdə təmayülləşmə IX-XI sinifləri əhatə edəcək”


 

"Məktəblərdə təmayülləşmə IX-XI sinifləri əhatə edəcək”<b style="color:red"></b>

Növbəti tədris ilində Azərbaycanın bəzi məktəblərində həyata keçiriləcək təmayülləşmə IX-XI sinifləri əhatə edəcək.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov deyib ki, bu barədə ilkin açıqlama tədris ilinin əvvəlində verilib.

Onun sözlərinə görə, bu məsələ mərhələli şəkildə reallaşacaq. Təmayülləşmə ilk növbədə Təhsil Nazirliyinin birbaşa tabeliyində olan  məktəblərdə, digər seçilmiş məktəblərin yuxarı siniflərində tətbiq ediləcək:

“Bu, IX-XI sinifləri əhatə edəcək. Məqsəd odur ki, şagirdlərin və valideynlərin seçiminə uyğun olaraq, onların akademik nailiyyətləri, göstəriciləri, maraqları təmin edilsin. Həmçinin, təhsil sistemi də yuxarı sinif şagirdlərinə onların daha çox əhəmiyyətli, mühüm hesab etdiyi fənlər üzrə təmayülləşməni təklif edə bilsin”.

 





05.05.2015    çap et  çap et