525.Az

Bərdədə qaraçı dəstəsi tutulub


 

Bərdədə qaraçı dəstəsi tutulub<b style="color:red"></b>

Bərdədə evlərdən oğurluq edən qaraçı dəstəsi saxlanılıb.

Lent.az-ın Gəncə Media Mərkəzinə istinadən verdiyi məlumata görə, qaraçı dəstəsi oğurluq məqsədi ilə girdikləri mənzillərdən mis qazan, qızıl-zinət əşyaları, xeyli sayda paltar oğurlayıblar.

Bərdə rayon Polis Şöbəsinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin noyabrın etibarən 20-dən çox yaşayış evini qarət edən 5 nəfərdən ibarət dəstə saxlanılıb. Dəstə üzvləri istintaqda ilkin dindirilmə zamanı törətdikləri əməllərini etiraf ediblər.

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 (oğurluq) maddələri ilə cinayət işi açılıb.

 





11.12.2012    çap et  çap et