525.Az

"İdmanı, sadəcə, bir tatami və yaşıl meydandakı mübarizə saymaq olmaz"


 

"İdmanı, sadəcə, bir tatami və yaşıl meydandakı mübarizə saymaq olmaz"<b style="color:red"></b>

"Son zamanlar bəzi yerli və xarici Qeyri-Hökumət Təşkilatlarının (QHT) ilk Avropa Oyunları əleyhinə bir propaqanda düzənləməsi və onu ardıcıl xarakterdə həyata keçirməsi əslində onların arxasında dayanan siyasi mərkəzlərin qərarıdır".
 
Bunu Milli Məclisin (MM) deputatı Zahid Oruc dilə gətirib.

Onun dediyinə görə, heç bir halda bunu özfəaliyyət saymaq olmaz və bu məsələlər bizə 2003-cü ildə neft kəmərinin Tbilisidən çəkilməsi zamanı 130-a qədər QHT qurumunun beynəlxalq təşkilatlara, ekoqurumlara hayqırtılarını xatırladır.

"Bildirmək istəyirəm ki, o zaman da  məsələlər tamamilə faş olundu və üzə çıxdı ki, gerçəkdən də bu transmilli korporasiyalar arasında həm də neft uğrunda savaşın bir elementidir"- deyən Z. Oruc qeyd edib ki, çünki başqa xarici iqtisadi qurumlar bu konsorsiumda yer almaq istəyirdilər və istənilən nəticəni qopara bilmədikləri üçün bu vasitə ilə onları-məlum QHT-ləri yenə də  əldə təzyiq aləti kimi istifadə edirlər: 

"Mən ötən dəfə efirdə də söylədim, indi də vurğulayıram ki, Avropa Oyunları sülhə, demokratiyaya, əməkdaşlığa, normal mübarizəyə xidmət edir.

Eyni zamanda, bu Asiya Oyunları olsaydı, düşünərdik ki, Asiya əlaqələri üçün,  investisiyası üçün mühit yaradardı. Bu, hətta İslam Oyunları olsaydı, düşünərdik ki, dünyada islamafob qurumların həyata keçirdiyi fəaliyyətin bir zərbəsi də bizə dəyər. Ancaq bu məhz Avropa Oyunlarıdır. Onun alternativi isə bu gün Yaxın Şərqdə, Ərəb dünyasındakı müharibələrdir.

Biz deyirik ki, ya heç bir qayda tanımayan, bir-biri ilə savaşan, məzhəb davasına girən, müxtəlif terror qruplarının əli ilə yüzminlərlə insanın qanını tökən yerə səhnə olmalıyıq, ya da onun alternativi olaraq hakimi olan, münsifi görünən, ekranda normal mübarizəsi dünyaya nümayiş olunan idman yarışlarına ev sahibliyi etməliyik. Azərbaycan isə  bu yolu seçib.

Bir daha deyirəm ki, bunlar idmanı, sadəcə, bir tatami və yaşıl meydandakı mübarizə saymamalıdır. Bu, dəyərdir və Avropa arxitekturası həm də bu hadisələrin üzərində qurulub. Ölkəmiz mədəni Avropanın bir hissəsi olmaq istəyir. Azərbaycan bəlli tədbiri 2012-ci ildə keçirib. İdman ailəsinin bir üzvünə çevrilmək istəyir və bu yöndə addım atır. Paralel şəkildə siyasi hadisələrdə də, enerji müqavilələrində də eyni aktivliklə iştirak edir. Bu, Azərbaycanın Avropa olması demək deyil, bəs nədir?"

Z.Oruc hesab edir ki, həmin QHT-lərin iyunun sonuna qədər "fəaliyyətini" görəcəyik: 

"Ondan sonra onların hamısı silinəcəklər, sanki bəlli olacaqlar ki, çoxu da mövcud deyil, bir çoxları da sadəcə, kabinet qovluqlarında adları keçir. Onların bir qismində isə real olaraq ermənilər çalışır. Həqiqətən də ötən dəfə məlum Avropa siyasi təşkilatı kimi adı hallanan qurumun saytlarında ermənilərin onların əsas idarə heyətlərində necə təmsil olunduqlarını görmüşük.

Ona görə də bütün bunların fonunda Azərbaycan bu idman hadisəsini elə bir böyük, mühüm tədbirə çevirəcək ki, o, ölkənin siyasi maraqlarına da, iqtisadi həyatına da, Qarabağ məsələsinin təbliğinə də, mədəni həyatımıza da, gələcək investisiyaya da, turizmə də xidmət etsin və bütün o, bildiyimiz  idman antiinhisarlarının oyunları da iflasa uğrasın..."

Kamil HƏMZƏOĞLU

 





05.05.2015    çap et  çap et