525.Az

Rövnəq Abdullayev Blatterlə görüşdü


 

Rövnəq Abdullayev Blatterlə görüşdü <b style="color:red"></b>

Bu gün İsveçrənin Sürix şəhərində AFFA-nın təşəbbüsü ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev FİFA-nın prezidenti Yozef Blatterlə görüşüb.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı AFFA tərəfindən hazırlanmış hesabat kitabı FİFA-nın prezidentinə təqdim olunub, ölkəmizdə futbolun inkişafının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə FİFA-nın baş katibi Jerom Valke, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

 





05.05.2015    çap et  çap et