525.Az

Ən populyar internet brauzerləri hansılardır?


 

Ən populyar internet brauzerləri hansılardır?<b style="color:red"></b> “StatCounter” şirkətinin statistikasına görə, “Apple” şirkətinə məxsus “Safari” brauzerinin payı 20 faizi ötüb.
 

525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, brauzerlərin fərdi kompüter və mobil versiyalarını nəzərə alan analitiklərin məlumatına əsasən, “Safari” populyarlığına görə ikinci internet brauzeridir.
 
“Chrome”un brauzerlər bazarında hesabat dövrünün yekunları üzrə payı 25 faizdən çoxdur.
 
Ekspertlər bildirir ki, “Chrome”un həm planşetləri nəzərə almaqla, həm də onlarsız qurğularda üstünlüyü xeyli çoxdur. Bazarın fevralın yekunları üzrə payı 50,15 təşkil edir. "Internet Explorer” brauzerinin payı azalır, “Firefox” fərdi kompüterlərdə ikinci, bütün qurğularda (11,56 faiz) üçüncü yeri tutur. “Apple” brauzerinin “iOS” və “OS X” sistemləri üçün versiyaları nəzərə alınmaqla 13,64 faizə bərabərdir, - “Macdigger” yazır. 
 





06.05.2015    çap et  çap et