525.Az

“Qəbələ” Avroliqa oyunlarını harada keçirəcək?


 

“Qəbələ” Avroliqa oyunlarını harada keçirəcək?<b style="color:red"></b>

“Qəbələ”nin Avropa Liqasında ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Klubun meneceri Səməd Nəsibovun Qol.Az-a verdiyi  xəbərə görə, UEFA-ya Qəbələ və Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionları sifariş olunub.

Onun sözlərinə görə, komanda ilk iki təsnifat  mərhələsinin ev oyunlarını Qəbələ şəhər stadionda keçirə bilər. Ancaq "qırmızı-qaralar” növbəti mərhələyə yüksəlsə, rəqibini T.Bəhramov adına stadionda qəbul edəcək. Buna səbəb Qəbələ şəhər stadionu Avropa standartlarına tam cavab verməməsidir.

 





07.05.2015    çap et  çap et