525.Az

I Avropa Oyunlarının təhlükəsizliyi ilə bağlı 15 qərargah yaradılıb


 

I Avropa Oyunlarının təhlükəsizliyi ilə bağlı 15 qərargah yaradılıb<b style="color:red"></b>

Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarında təhlükəsizlik tədbirləri ilə bağlı Daxili İşlər Nazirliyində 15 köməkçi qərargah yaradılıb.

Bunu Trend-ə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında deyib.

C.Məmmədov bildirib ki, bu qərargahlar tədbirlər keçirilən məkanlar və qeyri-yaşayış sahələri üzrə yaradılıb.

Onun sözlərinə görə, obyektlər, dayanacaqlar, avtobusların müşahidəsi xüsusi chazlarla yoxlanılacaq.

C.Məmmədov artıq bütün sahələr üzrə DİN-in şəxsi heyətinin hazırlığının bir daha yoxlanıldığını da deyib.

 





07.05.2015    çap et  çap et