525.Az

I Avropa Oyunlarında metrodan kimlər pulsuz istifadə edəcək?


 

I Avropa Oyunlarında metrodan kimlər pulsuz istifadə edəcək?<b style="color:red"></b>

“Avropa Oyunlarının açılış və bağlanış günlərində yalnız bileti olan şəxslər metrodan ödənişsiz istifadə edə biləcəklər”.

Bu haqda Modern.az saytına Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O qeyd edib ki, rəsmi akkreditasiyadan keçən şəxslər də metrodan pulsuz istifadə edə biləcəklər:

“Rəsmi akkreditasiya olunanlar oyunlar başlayandan bitənədək bütün günlərdə metrodan ödəniş etmədən istifadə edəcəklər”.

Xatırladaq ki, I Avropa Oyunları iyunun 12-28-də keçiriləcək.

 





07.05.2015    çap et  çap et