525.Az

“Cənub Qaz Dəhlizi”nin tikintisi nəzərdə tutulan qrafiki qabaqlayır”


 

“Cənub Qaz Dəhlizi”nin tikintisi nəzərdə tutulan qrafiki qabaqlayır”<b style="color:red"></b> Azərbaycan təbii qazını Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəql edəcək “Cənub Qaz Dəhlizi”nin tikintisi qrafikdə nəzərdə tutulan vaxtla müqayisədə daha sürətlə aparılır.
 
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev Almaniyanın “Sputnik” nəşrinə bildirib.
 
Nazirin sözlərinə görə, hazırda inşası davam etdirilən Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) Cənubi Qafqaz Boru Kəmərinin davamı olaraq İtaliya sərhədinə qədər uzanacaq Trans-Adriatik Təbii Qaz Boru Xətti (TAP) birləşəcək:
 
“Bu işlər 2019-cu ilə qədər yekunlaşacaq. Hədəfimiz həmin il Türkiyəyə 6 milyard kubmetr qaz tədarük etməkdir. 2020-ci ildə isə Avropaya 10 milyard kubmetr həcmində qaz çatdıracağıq”.
 
N. Əliyev əlavə edib ki, bu kəmər Avropa üçün alternativ təbii qaz mənbələrini təmin edəcək:

“Lakin bu, Avropa İttifaqı ölkələri tərəfindən alınan Rusiya qazının həcmi ilə müqayisə olunası həcmdə deyil. Avropa İttifaqı enerji resurslarının idxalını diversifikasiya edəcəyinə ümid edir.

Hazırda Avropanın ümumi istehlakının təxminən 1/3-i Rusiya qazının payına düşür və onlar bu asılılığı azaltmaq istəyirlər”.
 





07.05.2015    çap et  çap et