525.Az

I Avropa Oyunlarının məşəli Füzulidə


 

I Avropa Oyunlarının məşəli Füzulidə <b style="color:red"></b>

I Avropa Oyunlarının məşəli dünən Füzuli rayonunun Horadiz şəhərinə gətirilib.

APA-nın Qarabağ  bürosunun  xəbərinə görə, paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Horadiz şəhərində bayraq meydanında qarşılanıb. Məşəl estafeti saat 19:30-da start götürüb.
 
Məşəli qəbul edən Füzuli rayonu Qazaxlar kənd orta məktəbinin müəllimi Atamoğlan Qərəmanov 10 nəfər həmkarı  ilə birgə yürüşü davam etdirib.  4300  metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən müəllimlər  məşəli bayraq meydanından Heydər Əliyev prospekti boyunca  Heydər Əliyev meydanına çatdırıblar. Horadiz şəhər 3 saylı orta məktəbin idman müəllimi Rövşən Ələsgərov məşəli meydanda qurulan səhnəyə qaldıraraq, simvolik çırağı  alovlandırması ilə festival başlayıb.
 
Qeyd edək ki, I Avropa Oyunları, ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növü olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində ölkələrini təmsil edəcək.

 





08.05.2015    çap et  çap et