525.Az

"Qarabağ" bu gün çempion olacaqmı?


 

"Qarabağ" bu gün çempion olacaqmı?<b style="color:red"></b>

Bu gün Azərbaycan Premyer Liqasında 33-cü turun oyunlarına start veriləcək.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.

Ardıcıl doqquz oyundur məğlub olmayan "Qəbələ" bu tur Sumqayıta səfər edəcək. Son turda "Neftçi" ilə 2:2 bərabərə qalan "Sumqayıt" "Qəbələ" ilə dueldən də xalla ayrılmağa çalışacaq. Oyun saat 18:00-da başlayacaq.

Premyer Liqanın lideri "Qarabağ" səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq. Ağdam təmsilçisi bu görüşdə qalib gəlməklə vaxtından əvvəl çempionluğunu rəsmiləşdirə bilər. Lakin bunun üçün "Qarabağ"ın turnir cədvəlində ən yaxın izləyicisi "İnter" "Neftçi" ilə oyunda xal itirməlidir.

Turun mərkəzi qarşılaşması paytaxtda keçiriləcək. "İnter Arena"da "İnter" və "Neftçi" komandaları üz-üzə gələcək. Az da olsa çempionluq şansı qalan Kaxaber Sxadadzenin komandası bu görüşdə mütləq qələbə qazanmalıdır.

Əks təqdirdə "Qarabağ" "Xəzər Lənkəran"a qalib gəlməklə çempionluğunu rəsmiləşdirəcək. "Neftçi" də üçüncü pillədəki mövqeyini qorumaq üçün bu görüşdə qələbə qazanmağa çalışacaq.

Qeyd edək ki, Premyer Liqada 33-cü tura sabah keçiriləcək "Bakı" - AZAL oyunu ilə yekun vurulacaq.

8 may (cümə)

Azərbaycan Premyer Liqası, 33-cü tur

18:00. “Xəzər Lənkəran” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Vüqar Bayramov, Ramil Əhmədov
Lənkəran" şəhər stadionu.

18:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Elvin Əsgərov
Sumqayıt şəhər stadionu

20:00. “İnter” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Ömər Paşayev
“İnter Arena”.

9 may (şənbə)

17:00. “Bakı” – AZAL
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Vüsal Əliyev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

 





08.05.2015    çap et  çap et