525.Az

“Ermənistan heç vaxt Türkiyəyə qarşı ərazi iddiası irəli sürməyib”


 

“Ermənistan heç vaxt Türkiyəyə qarşı ərazi iddiası irəli sürməyib”<b style="color:red"></b>

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ölkəsinin Türkiyə ilə münasibətlərini normallaşdırmaq üçün rəsmi Yerevanın heç bir şərt irəli sürmədiyini bəyan edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Edvard Nalbandyan  ABŞ-a səfəri çərçivəsində Vaşinqtondakı Milli Mətbuat Klubunda jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb. 

Xarici siyasət idarəsinin rəhbəri bildirib ki,  ABŞ-ın Türkiyə ilə Ermənistan əlaqələrinin yaxşılaşması məsələsində heç bir şərt irəli sürmədiyini vurğulayıb. 

O qeyd edib ki, Ağ Evin bu mövqeyini Ermənistan dəstəkləyir. 

Nazir onu da qeyd edib ki, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası yoxdur. 

“Ermənistan heç vaxt Türkiyəyə qarşı ərazi iddiası irəli sürməyib”, - deyə o söyləyib.

 





08.05.2015    çap et  çap et