525.Az

Zəki Alasya vəfat etdi


 

Zəki Alasya vəfat etdi<b style="color:red"></b>

Türkiyənin məşhur kino aktyoru, tamaşaçıların bir çox filmlərdən, o cümlədən “Yabançı Damat” serialındakı Ötkəs usta rolundan tanıdığı Zəki Alasya bu gün vəfat edib.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, onlarla filmə möhürünü vuran aktyor bu gün müalicə aldığı xəstəxanada 72 yaşında dünyasını dəyişib.

Zəki Alasya dünən ad gününü qeyd edib. O, şəkərli diabetdən əziyyət çəkirdi, qaraciyəri xəstə idi.

 





08.05.2015    çap et  çap et