525.Az

"Ukrayna MDB-dən çıxsa..."


 

"Ukrayna MDB-dən çıxsa..."<b style="color:red"></b>

"Ukrayna MDB-dən çıxsa, geri qayıtmaq çox çətin olacaq. Bunu Gürcüstanın timsalında gördük".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremldə MDB ölkələri başçılarının qeyri-rəsmi sammitində çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.
 
"Fikrimcə, Ukraynadakı dostlarımız bunu başa düşürlər. Hazırda Ukrayna tərəfi MDB-də fəaliyyətini de-fakto dayandırıb, ümumi büdcəyə vəsait ayırmır", - deyə o vurğulayıb.
 
A. Lukaşenko bildirib ki, MDB-də Ukrayna məsələsinə konstruktiv yanaşmaq lazımdır: "Ukrayna bizim üçün çox vacibdir. Biz bu məsələyə konstruktiv yanaşmalıyıq. Bu bayram günündə bu məsələni müzakirə etmək lazımdır. Qısa da olsa, Ukrayna məsələsinə toxunmalıyıq".

 





08.05.2015    çap et  çap et