525.Az

“Qara daşın sədası” təqdim olunub


 

“Qara daşın sədası” təqdim olunub<b style="color:red"></b>

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Musa Yaquba həsr olunmuş “Qara daşın sədası” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri AYB katibi Rəşad Məcid Musa Yaqubun şeirləri ilə açıb. Şair Əjdər Ol aparıcısı olduğu tədbirdəki giriş sözündə M.Yaqubun yaradıcılığından bəhs edib.

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə Musa Yaqubla birlikdə keçirdikləri günləri yada salıb, şairlə bağlı xatirələrini dilə gətirib, sonda şairin “Bu dünyanın qara daşı göyərməz” adlı şeirini deyib.

Professor Vaqif Yusifli şairin yaradıcılığından danışıb, onu “Dağdan qopan canlı qaya” adlandırıb.

Tahirə Ağasiyeva və digərləri də şairin şeirlərini səsləndiriblər.

Qeyd edək ki, “Qara daşın sədası” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitab Musa Yaqubun məşhur şeiri “Bu dünyanın qara daşı göyərməz” şeirinə nəzirələrin toplu halda çapı ideyasından qaynaqlanıb. Kitabda həmçinin şairin müasirləri olan sənət dostlarının onun yaradıcılığına və şəxsiyyətinə həsr edilmiş şeirləri dərc edilib. İnternetdən, xüsusilə “facebook” səhifəsindən seçilmiş nümunələr isə şairə ümumxalq sevgisinin sonsuz təzahürünün göstəricisidir.

Kitabda Məmməd Araz, Şahmar Əkbərzadə, İsmayıl Öməroğlu, Faiq Qurban, Xaliq Yusifoğlu, Xatın, Telman Nəzərli, Ramiz Qusarçaylı, Mahirə Nağıqızı, Mürvət Qədimoğlu və başqalarının Musa Yaqub yaradıcılığına nəzirə yazdıqları şeirlər öz əksini tapıb.

S.ABDULLAYEVA

 





10.05.2015    çap et  çap et