525.Az

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri başlayıb


 

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri başlayıb<b style="color:red"></b> Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərin Naxçıvanda keçirilən mərhələlərindən biri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının 3-cü ordu komandanı ordu generalı Ümit Dündarın ümumi nəzarət və müşahidəsi ilə həyata keçiriləcək.

Təlimlər mayın 16-dək davam edəcək.
 





12.05.2015    çap et  çap et