525.Az

"Barselona" finala məğlubiyyətlə yüksəldi


 

"Barselona" finala məğlubiyyətlə yüksəldi<b style="color:red"></b>

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, baş tutan bir oyunla ilk finalçı müəyyənləşib.

Almaniyada "Bavariya" "Barselona"nı qəbul edib.  Səfərdə "Barselona"ya 0:3 hesabı ilə uduzan "Bavariya" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Pep Qvardiolanın komandası 3:2 hesablı qələbə qazansa da, bu nəticə kataloniyalıları finala yüksəldib.
 
Qeyd edək ki, digər yarımfinal cütündə "Real" və "Yuventus" komandaları üz-üzə gələcək. Bu komandalar arasında Turində keçirilən oyunda "Yuventus" qələbə qazanıb - 2:1. 
 
12 may

Çempionlar Liqası, yarımfinalın cavab oyunu

"Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) - 3:2
Qol:Benatia, 7 (1:0), Neymar, 15 (1:1), 22 (1:2), Levandovski, 59 (2:2), Müller, 74 (3:2
(İlk oyun - 0:3)

13 may

23:45. "Real" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya)
(İlk oyun - 1:2)

 





13.05.2015    çap et  çap et