Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinə cəlb edilən bölmələr tərəfindən növbəti mərhələdə qarşılıqlı uzlasma şəraitində müxtəlif döyüş elementləri praktiki şəkildə həyata keçirilib.
525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, keçirilən təlimlərin əsas məqsədi motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri və helikopterlərdən döyüş atışları etmək, həmçinin təcrübə mübadiləsi aparmaq, qərargahlar və bölmələr arasında koordinasiyanı inkişaf etdirməklə qarşılıqlı fəaliyyətə nail olmaqdır.
Təlimlər mayın 16-dək davam edəcək.
çap et