525.Az

Putin Kerri ilə Ukraynadakı vəziyyəti müzakirə edib


 

Putin Kerri ilə Ukraynadakı vəziyyəti müzakirə edib<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət katibi Con Kerri arasında beynəlxalq gündəmdəki əsas məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, dörd saatadək davam edən görüşün əsas müzakirə mövzusu Ukraynadakı vəziyyət olub.
 
“Beynəlxalq gündəmdə demək olar ki bütün əsas məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Şübhəsiz, Ukrayna mövzusunun müzakirəsinə daha çox vaxt ayrılıb”, deyə Rusiya prezidentinin müavini Yuri Uşakov görüşün yekunlarına dair jurnalistlərə bildirib. 
 
“Rusiya tərəfi Ukrayna böhranının yaranması ilə bağlı fikrini açıqlayıb, bizim mövqenin əsas elementləri ifadə edilib. Qeyd edilib ki, Rusiya Minsk sazişinin yüz faiz icra edilməsinə nail olmağa çalışır və bunun üçün bütün imkanlardan istifadə edəcək”, deyə Uşakov bildirib. 
 
Bundan başqa Vladimir Putin və Con Kerri İran nüvə proqramını və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
 
Onun sözlərinə görə, görüşdə həmçinin Yaxın Şərq, İran, Suriya, Şimali Koreya  və Yəməndəki vəziyyət  ətrafında da fikir mübadiləsi aparılıb.

 





13.05.2015    çap et  çap et