525.Az

Yarpaq tökümü və yaxud düşüncələrim...


 

Yarpaq tökümü və yaxud düşüncələrim...<b style="color:red"></b>

“... İnsan öz kədərini bölüşəndə - kədər kiçilir,

       Sevincini bölüşəndə - sevinc böyüyür...”

Sən elə Yaxşı İnsansan ki, səndən küsmək də günahdır

lll

Dualar hər İnsanın qəlbinə dolmur və hər insanın da dilinə gəlmir

lll

Yadında saxla ki, MƏscidin qapısını təkcə sənin üçün açıq  qoymayıblar...

lll

Kimin yanında ağlamağını, kimin yanında şadlanmağını bilməlisən

lll

ÇörƏyi kəsən bıÇaqla baş kƏsmƏzlƏr!

lll

Yara var qan gətirər, yara var Çirk...

lll

HörmƏt və ehtiramı özündən hürkütmə

lll

KönlündƏn qırılan teli Barmaqla bağlamaq olmaz

lll

Səbəblə Bəhanə yerini dəyişəndə pƏrdƏ tez yırtılar

lll

Ətrafında gördüyün sƏhvlƏri qƏlbindƏki qƏbristanlıqda dəfn elə

lll

YerdƏ yeriyərlər, GöydƏ uçarlar... Sən nə yeriyə bildin, nə uça ...Yolun haradır belə?..

lll

Əlini özün yudun, bəs qƏlbini kim yuyacaq?..

lll

Vurdun - yaralama, yedin - paralama

lll

SƏsini kəsə bilməyən sözünün də qədrini bilməz

lll

Üzüntülü yaşamaq - iynənin ucuyla gor eşmək - eyni şeydir

lll

DƏrdlƏr yaradıb sƏslƏri...

lll

Əxlaq  Çat versə,  bitişməz

lll

Hər şey insanın gözündədir: yaş da, yas da, qəzəb-nifrət də, dərd-ələm də...

lll

Pul xərclənər, söz qazanar

lll

ÜrƏyin ağrısını dil bilər

lll

Tanımadığın yuvanı qurdalama

lll

Vay o günə ki, əlimyandıda yana Əlin...

lll

AilƏ və dostluq münasibətlərində bezdirmədən və pərdə yırtmadan yaşa... Sonrası gec və çətin olar

lll

Bir dolu Mədədən başqa nə qədər yeyə bilərsən, adam balası?..

lll

Gileyli adamın nə gözü doyar, nə də ağzı düzələr

lll

Həyatda  heç nə - nə yaşamaq, nə kədər, nə sevinc, nə şöhrət - heç biri ƏbƏdi deyil!

lll

ÜrƏyindƏn keçən hər Duyğunu dilƏ gətirmək olmaz

lll

Uşaq ona etiraz edən böyüyü heç vaxt sevməz!

lll

Yallanmaqdan ötrü hallanma!

 lll

Danışmasan da, sƏni duyuram, görürəm... və eşidirəm...

lll

Gəzdiyin yerlƏ öldüyün yerin arası bilirsənmi nə qədərdir?..

lll

Yeriyib duranda da, danışıb güləndə də sƏmtini bil

lll

ŞƏrait elə gətirir ki, bəzən insan özünü özündən qoruya bilmir

lll

Özünü daşıya bilmirsən,  şƏlƏni hara aparırsan?!

lll

ÇörƏk qapını özü axtarır və özü də seçir. QismƏt də Allahdandır!..

lll

Rahat yata bildiyin bir gecəlik Yuxun da qənimətindir

lll

Bilirsənmi,  bəzən xəbərin olmadan bədnəzəri və paxılı özün yaradırsan və özünlə də daşıyırsan

lll

Dostun dərdinə şərik olmaq,  sirrini bilib qorumaq - ağır bir Məsuliyyətdir və həm də şərəflidir.

lll

İddialı, təkəbbürlü Adam  evinə, ailəsinə çörək qazanmaq yolunda çox məşəqqətlər və əzablar çəkməli olur...

lll

Sən Vaxtın dalınca yox, Vaxt sənin dalınca qaçırsa  -  qazancın sabun köpüyü kimi olacaq

lll

Danışmazdan əvvəl bir fikirləş - Söz sənin harandan gəlir?..

lll

Qabaqda getmƏk heç də hamını və hər şeyi qabaqlamaq deyil

lll

QƏzƏbli Adam təmkinli və  səbirli ola bilməz, təmkinli söhbət də apara bilməz

lll

İlk tƏƏssüratı dəyişmək təzədən doğulmaq qədər çətindir

lll

Yolda yeriyəndə yadından çıxarma ki, bu, həm də başqalarının  gedəcəyi yoldur...

lll

Adını çəkmirlərsə, özünü yada salma

lll

Əndazəli münasibət, ehtiyatlı və təmkinli davranış  - hər zaman İnsanın Qazancı və Yaraşığıdır

lll

Adını yaza bilməyən  Dadını da bilməyəcək

lll

Sırtıq adam üçün MƏsafƏ yoxdur

lll

Yuxudan duran kimi niyə ilk əvvəl gözünƏ su vurursan?..

lll

Dünyanın Əbədi olmadığını min kərə görən, eşidib bilən insan niyə  bircə an da sakitləşə bilmir?

lll

Adının qabağında əməlinin dadı varmı?

lll

Nə Sevinc, nə də Kədər  - fərdi ola bilməz

lll

Səndən ötən də səndən ötrüymüş...

lll

Salam Allahındır, ehtiram sənin

lll

Borcunun yox, borclunun qayğısına qal

lll

ÖzünƏ güvənmə, elinƏ güvən!..

lll

Bütün savaş və qırğınlar Qarın, Qadın və  Torpaq  üstündədir...

lll

Boğazının damarları dərddən şişər, ayağının damarları azardan...

lll

Qəzəbin Əzabını çox çəkəcəksən...

lll

Yeriyəndə Toz qaldırma, yatanda Səs çıxarma...

lll

Hamı Dünyanın Faniliyindən danışır, amma heç kim boşalmır... və dayanmır...

lll

Əlin urvatı ayrıdır, ayağın urvatı ayrı...

lll

Qalx ki qaldırasan. Qaldır ki, qalxasan !

lll

HƏyatını qurandan sonra dönüb münəccimlik etmə, unutma ki, hər gün və hər an öz şərtlərini diqtə edir...

lll

Uzanmağını başa düşdüm, bəs niyə belə enlənirsən,  adam balası?..

lll

Yerlə Göydən xəbərsiz və gizlin heç nə yoxdu bu dünyada... Hər şey Yerlə Göyün arasındadır...

lll

Sevinən İnsan da, Ağlayan İnsan da :  ikisi də birdir -  bir mənbədən, bir duyğu bulağındandır.  Baxır Taleyin gƏrdişinƏ...

lll

Əmim deyərdi ki, həpənd köpəyoğlu,  dalıma minməyin cəhənnəm, ta ürəyimdən niyə sallanmısan?..

lll

Dilini dinc saxla, qƏlbini açıq;  Allah Qismətini yetirəcək!..

lll

Əlini əllə tut, dalını dalla qoru

lll

Atılan güllələr də, deyilən sözlər də yiyƏsini yaxşı tanıyır və  tez də tapır

lll

Allahın Bəndəsi onun Quludur, bəs sənin Qulun necə,

Allahın Bəndəsi deyil?..

lll

Nə Adın Yadın deyil, nə də ağzındakı Dadın - qədrini bil

lll

Yağış yağdıra bilmirsənsə, guruldamağına, dualarına nə gəlib?..

lll

Ən unutqan yaddaş sahibi  elə  Dünyanın özüdür

lll

SƏnin deyildi, SƏnin də olmadı...

lll

MƏn o qədər HƏSSASAM ki, Sənin üzündən keçən xəfif paxıllıq küləyini də görürəm...

lll

İrad - əslində  İnsanı özünə qaytarır  və özünü göstərır

lll

Ən asanı  Sual verməkdir, ən çətini Cavab... Hər suala cavab verməzlər, çünki taleyin həm də həmin cavablardan  asılı ola bilər...

lll

Elə Yalan var ki, sənə dəxli olmasa da, sənin dilindən deyilməsə  - yaxşıdır

lll

Pulu kim qazanırsa,  şərtləri də o diqtə edir...

lll

KƏdƏrli anlarda İnsan bulaq kimi saflaşır

lll

SƏnin Ahın dağlara-daşlara dəyib, bəs bu Dağların-Daşların ahı kimə və hara dəydi?..

lll

Ey Ulu Tanrı! Məni illər uzunu yataq xəstəsi kimiyatırdıb öldürmə, yıxıb öldür! Mən yataq xəstəsi olmaq istəmirəm!!!

 





13.05.2015    çap et  çap et