525.Az

Şimal bölgəsində dolu yağıb


 

Şimal bölgəsində dolu yağıb<b style="color:red"></b> Mayın 13-də Azərbaycanın şimal bölgəsinin bəzi yaşayış məntəqələrində dolu yağıb.

Bu barədə APA-ya Quba regional hidrometeorologiya müəssisəsindən məlumat verilib.
 
Quba rayonunun Xaltan və Təngəaltı kəndlərinə 5 mm, Şabran rayonuna isə 3 mm ölçüsündə dolu düşüb. Yağıntı 5 dəqiqə davam edib.
 
Şimal bölgəsindən keçən çaylarda suyun səviyyəsi 1-2 sm artıb. Qeyri-sabit hava şəraitinin mayın 15-nə kimi davam edəcəyi proqnozlaşdırılır.
 





14.05.2015    çap et  çap et