525.Az

“Atəşkəs razılaşması Minsk qrupunun xidməti deyil”


 

“Atəşkəs razılaşması Minsk qrupunun xidməti deyil”<b style="color:red"></b>

1996-cı ilə qədər ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri olan Vladimir Kazimirov 21 il öncə imzalanan atəşkəs sazişi ilə bağlı açıqlamalar verib.

Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, rusiyalı həmsədr uzun müddətli atəşkəsi və bu 21 il ərzində yetişən yeni nəsli Bişkek protokolunun əsas uğuru sayır:

“Uzunmüddətli atəşkəs və 21 il ərzində yetişən nəsil atəşkəs sənədinin əsas dəyəri sayılır. Çünki onlar irimiqyaslı hərbi əməliyyatların olmadığı şəraitdə böyüyüblər”.

Kazimirov atəşkəs rejiminin pozulmaqda davam etməsini də təəssüfləndirici fakt adlandırıb:

“Əfsuslar olsun ki, müəyyən vaxtlarda təmas xəttində atışmalar, diversiyalar baş verir, bunun nəticəsində isə yalnız hərbi qulluqçular deyil, həm də dinc sakinlər həlak olur. Əsas səbəbkar tərəflərdən birinin Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ müdafiə nazirlərinin 1994-cü il  fevralın 18-də imza qoyduqları razılaşmaya əməl etməməsi və qoşunlarını təmas xəttindən geri çəkməməsi idi.

Bundan başqa, Rusiyanın müdafiə naziri Pavel Qraçev şəxsi kabinetində bütün münaqişə tərəflərinin yanında həmin sənədə öz imzasını da qoymuşdu. Həmin sənəddə aydın şəkildə yazılır ki, atəşkəs imzalandıqdan sonra tərəflər qoşunlarını cəbhədən çıxarır. Bu atəşkəsin uzunmüddətli və davamlı olması üçün atılan addım idi”.

Kazimirov qoşunların təmas xəttindən geri çəkilməsi üçün müddətin nəzərdə tutulmadığını da deyib:

“Sənəd imzalanan zaman orada heç bir müddət nəzərdə tutulmamışdı. Belə yazılmışdı: “Qoşunların və ağır artilleriyanın atəşkəs razılaşmasından sonra dərhal geri çəkilməsi”. Amma atəşkəs müqaviləsi imzalanana qədər Azərbaycanın müdafiə naziri mənə dedi: “qoy erməni qoşunları geri çəkilsin, biz isə öz mövqelərimizdə qalacağıq”.

Vladimir Kazimirov atəşkəs sazişinin ATƏT-in Minsk qrupu hesabına deyil, Rusiya Federasiyasının vasitəçiliyi sayəsində əldə olunduğunu xatırladıb:

“Bütün sənədlər Moskva və Yerevan, Stepanakert (Xankəndi), Moskva və Bakı arasında imzalanırdı.

Əlbəttə, Minsk qrupu o zaman da, indi də atəşi dayandırmaq üçün çalışır. Lakin təkrar edirəm, Minsk qrupu atəşkəs razılaşmasına təsir göstərməyib”.

 





14.05.2015    çap et  çap et