525.Az

Dünyanın ən bahalı 100 brendi


 

Dünyanın ən bahalı 100 brendi<b style="color:red"></b>

ABŞ-ın nüfuzlu “Forbes” jurnalı dünyanın əsas 100 brendinin reytinqini tərtib edib. Əsas meyar olaraq həmin şirkətlərin son 2 ildəki gəlirləri və brendin adının onun məhsullarının satılmasına təsiri götürülüb.

525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, dünyanın ən bahalı brendi “Apple” şirkəti seçilib. 145,3 milyard dollar dəyəri olan şirkət son ildə 17%-lik artım nümayiş etdirib.

Təkcə 2014-cü ilin son rübündə “Apple” dünya üzrə 74,8 milyon smartfon satıb və rüb ərzində 18 milyard dollar gəlir əldə edib.

2-ci yerdə qərar tutan “Microsoft” şirkəti isə 69,3 milyard dollar dəyərindədir. “Microsoft” brendi 2014-cü ildə 10% dəyər qazanıb.

Keçən ildən şirkətin başına keçən hindistanlı Satya Nadella bu il “Windows” sisteminin yeni versiyasını təqdim edəcəklərini deyib.

“Google” şirkəti isə dünyanın ən bahalı 3-cü brendi seçilib. “Forbes”in məlumatına görə “Google” 65,6 milyard dollar dəyərə sahibidr. Şirkət son ildə 16% genişlənib.

Dünya internet istifadəçilərinin 64,4%-ı məhz Google vasitəsilə axtarış aparırlar.

Qeyd edək ki, Avropa Birliyi rəsmləri onun antiinhisar qaydalarını pozduğunu iddia edirlər. Əgər “Google”a qarşı irəli sürülən ittihamlar təsdiqlənərsə, onu 6 milyard dollar cərimə gözləyir.

4-cü yerdə Coca-Cola şirkətinin brendi (56 milyard dollar), 5-ci İBM (49,8 milyard dollar), 6-cı McDonald`s (39,5 milyard dollar), 7-ci Samsung (37,9 milyard dollar), 8-ci Toyota (37,8 milyard dollar), 9-cu “General Electric” (37,5 milyard dollar), 10-cu isə “Facebook” seçilib.

“Facebook” brendi “Forbes” jurnalı tərəfindən 36,5 milyard dollar miqdarında qiymətləndirilib.

Siyahıda dünyanın məşhur brendləri olan “İntel”, “BMW”, “Nike”, “Adidas”, “Armani”, “Disney”, “Louis Vitton”, “Cisco”, “Oracle”, “Wal-Mart” və s. şirkətlər də var.  

 





14.05.2015    çap et  çap et