525.Az

Ronaldonun 7 milyonluq yardım xəbəri yalan çıxdı


 

Ronaldonun 7 milyonluq yardım xəbəri yalan çıxdı<b style="color:red"></b>

"Save The Children" humanitar təşkilatı "Real"ın hücumçusu Kriştiano Ronaldonun Nepalda baş verən zəlzələ qurbanlarına 7 milyon avro bağışlaması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi istinadən verdiyi məlumata görə, adı çəkilən təşkilat məsələ ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: "Ronaldonun zəlzələ qurbanlarına 7 milyon avroluq yardım etməsi ilə bağlı heç bir sübut yoxdur". Bununla belə, "Save The Children" təşkilatı Nepalda baş verən zəlzələ qurbanlarına dəstək verdikləri üçün Ronaldo və digər tanınmış şəxslərə təşəkkür edib.

Qeyd edək ki, daha öncə mətbuatda Ronaldonun 7500 insanın həlak olduğu zəlzələdən sonra "Save The Children" təşkilatının fonduna 7 milyon avro bağışlaması ilə bağlı xəbərlər yazılmışdı.

 





14.05.2015    çap et  çap et