525.Az

Almaniyada Möhsün Nağısoylunun monoqrafiyası işıq üzü görüb


 

Almaniyada Möhsün Nağısoylunun monoqrafiyası işıq üzü görüb<b style="color:red"></b> Almaniyanın “LAP LAMBERT” Akademik Nəşrlər nəşriyyatında AMEA-nın müxbir üzvü, professor, Əlyazmalar İnstitutunun Farsdilli əlyazmalar şöbəsinin müdiri Möhsün Nağısoylunun rus dilində “Şühədanamə”də poleoqrafiya, dil və tərcümə məsələləri” (XVI əsr) monoqrafiyası çapdan çıxıb.
 

İnstitutdan APA-ya verilən məlumata görə, giriş, üç fəsil və nəticədən ibarət olan tədqiqat işində XVI əsr müəllifi Məhəmməd Hüseyn Nişatinin Azərbaycan türkcəsində yazdığı “Şühədanamə” əsəri bədii sənət, tərcümə nümunəsi, dil abidəsi kimi tədqiq edilib.
 
 Monoqrafiyada orta əsrlərdə Azərbaycan dilinə tərcümə məsələləri tədqiqat obyektinə çevrilib.
 





15.05.2015    çap et  çap et