525.Az
Əhalinin gəlirləri 6%-ə yaxın artıb
2015-ci ilin yanvar-aprel aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7% artaraq 12,6 mlrd. manata çatıb, onun hər nəfərə düşən həcmi 1333 manat və ya ayda orta hesabla 333,3 manat təşkil edib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 1,3% bəndi üstələyərək 4,4% olub.
Bu dövr ərzində gəlirlərin 74,4%-i son istehlaka, 9,8 %-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 13,7%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Əhalinin sərəncamında qalan gəlir 11,4 mlrd. manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,6% artıb.
15.05.2015
çap et