|
|
|
|
Birinci Avropa Oyunları yaxınlaşdıqca mötəbər turnirə qatılacaq atletlərin sayı da dəqiqləşib.
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, Almaniya Üzgüçülük Federasiyası bu mötəbər idman yarışına - geniş heyətlə - 67 atletlə qatılmağı qərara alıb. Üzgüçülər ölkəmizə gələcək 300 almaniyalı atlet arasında çoxluq təşkil edirlər.
“Bakı-2015”də kişi və qadın idmançılar üzgüçülüyün 4 növü üzrə mübarizə aparacaqlar.
İlk Avropa Oyunlarının üzgüçülük yarışları Olimpiya Oyunlarına lisenziya qazandıracağından Bakıdan mükafatla qayıdacaq üzgüçülər 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya birbaşa vəsiqə əldə edəcəklər.