525.Az

Almaniya "Bakı-2015"ə 67 atletlə gəlir


 

Almaniya "Bakı-2015"ə 67 atletlə gəlir<b style="color:red"></b>

Birinci Avropa Oyunları yaxınlaşdıqca mötəbər turnirə qatılacaq atletlərin sayı da dəqiqləşib.

Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, Almaniya Üzgüçülük Federasiyası bu mötəbər idman yarışına - geniş heyətlə - 67 atletlə qatılmağı qərara alıb. Üzgüçülər ölkəmizə gələcək 300 almaniyalı atlet arasında çoxluq təşkil edirlər.

“Bakı-2015”də kişi və qadın idmançılar üzgüçülüyün 4 növü üzrə mübarizə aparacaqlar.

İlk Avropa Oyunlarının üzgüçülük yarışları Olimpiya Oyunlarına lisenziya qazandıracağından Bakıdan mükafatla qayıdacaq üzgüçülər 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya birbaşa vəsiqə əldə edəcəklər.

 





15.05.2015    çap et  çap et