525.Az

Əli Həsənovdan iş adamlarının saxlanılmasına münasibət


 

Əli Həsənovdan iş adamlarının saxlanılmasına münasibət<b style="color:red"></b>

“İş adamları müəyyən əməllər üzrə ittiham olunur. Araşdırmalar, məhkəmə prosesləri göstərəcək ki, bu insanlar öz bizneslərini Azərbaycanın mövcud qanunvericiliyi çərçivəsində aparıblar, yoxsa yox".

APA-nın məlumatına görə, bunu bir qrup iş adamının saxlanılması və həbsinə münasibət bildirən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
 
Ə. Həsənov deyib ki, Azərbaycan prezidenti İlham Əliyev dövlətin iş adamlarını dəstəklədiyini bir daha vurğulayıb:
 
“Prezident də qeyd etdi ki, iş adamlarından yeganə tələbimiz Azərbaycanın mövcud qanunvericiliyinə əməl etmələridir”.

 





15.05.2015    çap et  çap et