525.Az

Mirzə Ələkbər Sabir Berlində xatırlanıb


 

Mirzə Ələkbər Sabir Berlində xatırlanıb <b style="color:red"></b>

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı ilə BerlindəkiƏdəbiyyat evində dahi şair, “Molla Nəsrəddinjurnalının yaradıcılarından Azərbaycanda satira janrının banilərindən biriMirzə Ələkbər Sabirin 150 illik yubileyi qeyd edilib. “AvroQafqAsiyaBeynəlxalq Mədəniyyət Elm Cəmiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində Avropa Azərbaycanlıları Konqresinin dəstəyi ilə təşkil edilənMirzə Ələkbər Sabir–150” adlı ədəbi-bədii gecə alman ictimaiyyətinin diqqətinə təqdim edilən ilk təşəbbüs olub.

 

AAKM-dan verilən məlumata görə, tədbirdə Berlində yaşayan yazıçı M.Ə.Sabir yaradıcılığının tədqiqatçısı Məmmədəli Hüseyninin təşəbbüsü ilə hazırlanmış sərgi nümayiş etdirilib böyük maraqla qarşılanıb. AAKM-in icraçı direktoru Samirə Patser-İsmayılova tədbiri açaraq qonaqları salamlayaraq Azərbaycan ölkəmizin mədəni həyatı haqqında qısa məlumat verib, Sabir yaradıcılığının Azərbaycan ədəbiyyatının satira janrının inkişafındakı rolunu diqqətə çatdırıb. İcraçı direktor daha sonra qonaqları tədbirin proqramı gedişatı ilə tanış edib. Ölkəmizin Berlindəki səfirliyinin müşaviri Rizvan Nəbiyev Almaniyada təkcə Azərbaycanın siyasətinin, musiqi rəssamlıq sənətinin deyil, həm ədəbiyyatının onun nümayəndələrinin tanıdılması ilə bağlı tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu bildirib.

 

 Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri, “AvroQafqAsiyaBeynəlxalq Mədəniyyət Elm Cəmiyyətinin sədri, professor-doktor Eva-Maria AuxSabir dövrüadlı giriş məruzəsində o dövrdə maarifçiliyin inkişafından danışıb.

 

Sonra Üzeyir HacıbəylininArşın mal alanfilmindənMolla Nəsrəddinjurnalı onun əməkdaşları ilə bağlı səhnələr nümayiş etdirilib. Naxçıvan Dövlət Universitetinin tarixi filologiya fakültəsinin dekanı, professor İman CəfərovMirzə Ələkbər Sabir yaradıcılığında Qərb-Şərq ədəbi formalarının kontaminasiyası”, M.Ə.Sabir yaradıcılığının tədqiqatçısı Məmmədəli HüseyniMolla Nəsrəddin məktəbi Humboldt Universitetinin elmi işçisi, doktor Rüfət SəttarovMirzə Ələkbər Sabir dövründə dini müzakirələrmövzularında məruzələr təqdim ediblər. Professor-doktor Eva-Maria Aux Özbəkistanda rus dilində nəşr olunmuşQafqazda Mərkəzi Asiyada ictimai-mədəni maarifçiliyin tarixi. XIX XX əsrin əvvəli 2011-ci ildə İsveçrədəkiRingiernəşriyyatında ingilis dilində nəşr olunmuşMolla Nasreddin: the magazine that wouldve couldve shouldveadlı kitabları təqdim edərək onlar haqqında məlumat verib. Daha sonra Məmmədəli bəy Hüseyni M.Ə.SabirinHophopnaməkitabından şeirlər oxuyub Humboldt Universitetinin elmi əməkdaşı, doktor Rasim Mirzəyev şeirlərin alman dilində izahlı tərcüməsini qonaqlara çatdırıb.

 

 Ədəbi-bədii gecənin qonaqları oxunan şeirlərə dairMolla Nəsrəddinjurnalında dərc edilmiş karikaturalara baxıblar. Tədbirin sonunda AAKM-in icraçı direktoru Samirə Patser-İsmayılova qonaqlara tədbirin digər təşkilatçılarına təşəkkürünü bildirib. Sonda tədbirin iştirakçıları M.Ə.Sabir yaradıcılığının tədqiqatçısı Məmmədəli Hüseyninin şəxsi arxivindən təqdim etdiyi Molla Nəsrəddinçilərin fəaliyyətini geniş şəkildə əks etdirən sərgiyə baxıblar.

 

S.MÜRVƏTQIZI

 

 





12.12.2012    çap et  çap et