525.Az

Azərbaycanlı diplomat GUAM-ın baş katibi olub


 

Azərbaycanlı diplomat GUAM-ın baş katibi olub<b style="color:red"></b>

GUAM-ın yeni baş katibi azәrbaycanlı fövqәladә vә sәlahiyyәtli sәfir Altay Әfәndiyev tәyin olunub.

APA-nın mәlumatına görә, bu barәdә qәrar Gürcüstan, Ukrayna, Azәrbaycan vә Moldova Xarici İşlәr Nazirlәri Şurasının Bratislavada keçirilәn iclasında verilib.
 
Şura növbәti görüşün Nyu-Yorkda  BMT Baş Assambleyasının 70-ci sessiyası çәrçivәsindә keçirmәyi qәrara alıb.
 
Xarici İşlәr Nazirlәri Şurası görüşdә GUAM ölkәlәrinin bir çox sahәlәrdә, o cümlәdәn iqtisadiyyat, ticarәt vә hüquq-mühafizә sahәsindә әmәkdaşlıqlarını müzakirә ediblәr. Görüşdә digәr ölkәlәrlә vә beynәlxalq tәşkilatlarla әmәkdaşlıq müzakirә olunub.

 





15.05.2015    çap et  çap et