525.Az

Poroşenkodan sovet simvollarının qadağasına dair qanun


 

Poroşenkodan sovet simvollarının qadağasına dair qanun<b style="color:red"></b> Ukrayna prezidenti Pyotr Poroşenko sovet simvollarının qadağasına dair qanun imzalayıb.
 

APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentinin rəsmi saytında bildirilir.
 
Bundan əvvəl aprelin 9-da Ali Rada paytaxt Kiyevdə və digər şəhərlərdə sovet heykəlləri, ulduzlar və digər simvolların ləğv edilməsi ilə bağlı qanun layihəsi müzakirə etmişdi.
 
Mayın 14-də Kiyev şəhər soveti Ukraynanın müstəqillik günü, avqustun 24-dək binalardan, metro stansiyalarından və digər memarlıq obyektlərindən sovet simvollarının yığışdırılmasına dair qərar qəbul edib.
 
2016-ci il, martın 31-dək sökülmüş kommunist simvollarının əvəzinə Kiyevdə Ukraynanın dövlət simvollarının qoyulması planlaşdırılır.
 





16.05.2015    çap et  çap et