525.Az

800-dən artıq avtobus sürücüsünün maaşı plastik kartla veriləcək


 

800-dən artıq avtobus sürücüsünün maaşı plastik kartla veriləcək<b style="color:red"></b> “Hazırda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Bakı Sərnişin və Yük Daşımalarının təşkili” MMC tərəfindən 810 avtobus sürücüsü ilə müqavilə bağlanıb və onlara plastik maaş kartları hazırlanıb”.
 
Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov bildirib.
 
“Müqavilə imzalanan taksi sürücülərinin sayı isə 1 258-dir və bağlanan müqavilələrə uyğun plastik maaş kartları sifariş edilib, onlardan 1 133 alınaraq sürücülərə paylanmasına başlanılıb”, - deyə H. Salamov əlavə edib.
 





18.05.2015    çap et  çap et