525.Az

Türkiyə aviasiyası Suriyaya məxsus helikopteri vurub


 

Türkiyə aviasiyası Suriyaya məxsus helikopteri vurub<b style="color:red"></b>

Türkiyə Hərbi-Hava Qüvvələri ölkənin hava məkanını pozan Suriya helikopterini vurub.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz bildirib.
 
Onun sözlərinə görə, Cilvəgözü şəhəri yaxınlığında Türkiyənin hava məkanına daxil olan Suriya helikopteri  beş dəqiqə sonra saat 16.04-də vurulub.  Nazirin sözlərinə görə, Türkiyə  Hərbi-Hava Qüvvələri üzərilərinə qoyulan vəzifəni lazımi qaydada icra edərək mümkün təhlükəni aradan qaldırıb.
 
Suriya tərəfi, öz növbəsində, sərhəd yaxınlığında kiçik pilotsuz təyyarənin vurulduğunu iddia edir. 

 





18.05.2015    çap et  çap et