525.Az

"Qarabağ"ın çempionluğu rəsmiləşdi


 

"Qarabağ"ın çempionluğu rəsmiləşdi<b style="color:red"></b>

Azərbaycan Premyer Liqasında 34-cü turun oyunlarına yekun vurulub.

Qol.Az-ın məlumatına görə, son matç günündə üç qarşılaşma keçirilib.

İlk oyunda AZAL “Xəzər Lənkəran”ın qonağı olub. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Lider “Qarabağ" doğma meydanda “Sumqayıt”ı qəbul edib.  Bu oyunda Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib. 

Bununla da Qurban Qurbanovun komandası  son iki turun nəticəsində asılı olmayaraq ən yaxın izləyicisi “İnter”i 8 xal qabaqlayaraq çempionluğu təmin edib. "Qarabağ" daldabal ikinci, ümumilikdə isə üçüncü dəfə Azərbaycan çempionu olub.

“İnter” - “Qəbələ” oyununda isə qalib müəyyənləşməyib - 1:1.

 





18.05.2015    çap et  çap et