525.Az

“ Hilal Məmmədovla bağlı hələlik heç bir prosedur həyata keçirilə bilməz...”


 

“ Hilal Məmmədovla bağlı hələlik heç bir prosedur həyata keçirilə bilməz...”<b style="color:red"></b>

“Azərbaycanda və ya digər ölkələrdə, fərqi yoxdur, əgər bir insan cinayət törədirsə, törətdiyi cinayət işi nədirsə və hara bağlıdırsa, o nəzərə alınaraq, həbs-qətimkan tədbiri seçilir. “Tolişi-sədo” qəzetinin baş redaktoru Hilal Məmmədova gəlincə, mətbuatdan bildiyimə görə, o, etnik separatizmlə bağlı məsələni qızışdırdığına üçün həbs olunub və hazırda da onunla bağlı istintaq işi gedir, təhqiqat aparılır”.

525.az-ın məlumatına görə, bunu  mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, Prezident Yanında Əfv Komissiyasının üzvü  Məlahət İbrahimqızı dilə gətirib. Millət vəkili hesab edir ki, Azərbaycan dövlətinin çox güclü strukturları var və  heç kim yenidən Azərbaycan - müstəqilliyimizin artıq 21-ci ilini arxada qoyduğumuz bir zamanda etnik separatizm fəaliyyəti apara və öz məkrli niyyətlərini reallaşdıra bilməz.

“Hilal Məmmədovun işi isə hələlik tam başa çatmadığına və məhkəmə hökmü olmadığına görə, bununla bağlı heç bir prosedur və ya müraciət həyata keçirilə bilməz. Əgər onun üzərində olan separatizmlə məşğul olmaq maddəsi sübuta yetirilməzsə,  o zaman həmin şəxsin işinə də adekvat cavab veriləcək. Yox, əgər, onun bu əməli sübuta yetirilərsə, o qanun qarşısında cavab verəcək və verməlidir”-deyən, Əfv Komissiyasının üzvünün sözlərinə görə, Rusiyada yaşayan Azərbaycan əsilli iş adamı Söyün Sadıqovun həmin şəxsin azadlığı buraxılması ilə bağlı Rusiya patriarxına müraciətinə gəldikdə isə, bu, onun şəxsi işidir:

 “Amma bununla belə, mənim bildiyimə görə, Söyün Sadıqov heç Azərbaycan vətəndaşı deyil və bu baxımdan, ona heç kim səlahiyyət verməyib ki, belə bir müraciət etsin. Hər halda, Söyün Sadıqov və onun kimilər öz işləri ilə məşğul olsalar, yaxşıdır”.

K.Həmidov

 





12.12.2012    çap et  çap et