525.Az

Növbəti qəbul imtahanına buraxılış vərəqəsinin verilməsinə başlanıb


 

Növbəti qəbul imtahanına buraxılış vərəqəsinin verilməsinə başlanıb<b style="color:red"></b> Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 24-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 24-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edəcək (əvvəlki illərin məzunları ) abituriyentlər “İmtahana buraxılış vərəqəsi” ni çap edə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçünhttps://eservices.tqdk.gov.az/brxvbak/?frm=egov linkindən istifadə etmək lazımdır.
 





18.05.2015    çap et  çap et