525.Az

Qaribaşvili I Avropa Oyunlarının açılışında iştirak edəcək


 

Qaribaşvili I Avropa Oyunlarının açılışında iştirak edəcək<b style="color:red"></b>

Gürcüstan baş naziri İrakli Qaribaşvili I Avropa Oyunlarının açılışında iştirak edəcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu bu gün Batumidə SOCAR nümayəndəliyinin açılışı zamanı İ. Qaribaşvilinin özü deyib.
 
O bu məqsədlə iyunun 12-də Bakıya səfər edəcəyini bildirib.
 
Gürcüstan Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Elquca Berişvili APA-ya açıqlamasında bildirib ki, I Avropa Oyunlarına Gürcüstan prezidenti Georgi Marqvelaşvili də dəvət edilib.
 
Qeyd edək ki, I Avropa Oyunlarında Gürcüstanı 110-dək idmançı  təmsil edəcək.

 





18.05.2015    çap et  çap et