525.Az

Baş verən yanğında iki nəfər ölüb


 

Baş verən yanğında iki nəfər ölüb<b style="color:red"></b>

Bakıda binada yanğın baş verməsi nəticəsində iki nəfər ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, ölənlərdən biri qorxudan özünü binadan atan şəxs, digəri isə azyaşlıdır.
 
Azyaşlı tüstüdən boğularaq ölüb.
 
Ölənlərin kimliyi dəqiqləşdirilir. Hadisə nəticəsində xəsarət alanların sayı isə 15-i ötüb.
 
Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
 
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 





19.05.2015    çap et  çap et