525.Az

FHN-dən yanğınla bağlı məlumat


 

FHN-dən yanğınla bağlı məlumat <b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yaşayış binasının yanması faktı ilə bağlı məlumat yayıb.

525.azın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
 
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
 
Yanğının söndürülməsi davam edir. Əlavə məlumat veriləcək.

 





19.05.2015    çap et  çap et