525.Az

Yanan binada qalmış jurnalist və azyaşlı övladı xilas edilib


 

Yanan binada qalmış jurnalist və azyaşlı övladı xilas edilib<b style="color:red"></b>

Bakıda yaşayış binasında baş verən yanğında evdə qalan jurnalist Sevinc Fədai, onun azyaşlı övladı və qayınanası xilas edilib.

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilən şəxslər təcili tibbi yardım briqadasına təhvil verilib.
 
Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
 
İlkin məlumata görə, yanğın nəticəsində 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

 





19.05.2015    çap et  çap et