525.Az

Yanğında ölənlərin sayı artır: 16 ölü, 50 yaralı - Yenilənib


 

Yanğında ölənlərin sayı artır: 16 ölü, 50 yaralı - <b style="color:red">Yenilənib</b>

Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 16 nəfərə yüksəlib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində 50 nəfər xəsarət alıb, onlardan 34-ü hospitallaşdırılıb. 7 nəfərə tibb müəssisəsində, 10 nəfərə yerində ambulator yardım göstərilib.

*** 15:31

Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 15 nəfərə yüksəlib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinən rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində 63 nəfər xəsarət alıb.

*** 15:06

Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin 13 nəfərə yüksəlib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinən rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində 61 nəfər xəsarət alıb, onlardan 30-u xəstəxanaya yerləşdirilib.

*** 14:43

Bakıda baş verən binada yanğın nəticəsində ölənlərin sayı 10-a çatıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 43 nəfər xəsarət alıb.
 
43 nəfərdən 24-ü xəstəxanadadır, 9 nəfərə yerində yardım göstərilib.

*** 14:07

Azərbaycan paytaxtında binada baş verən yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hazırda ölənlərin kimliyi dəqiqləşdirilir. Ölənlərdən biri özünü binadan atıb, 2 nəfər isə tüstüdən boğulub. Boğulanların hər ikisi azyaşlıdır.
 
Onun sözlərinə görə, hadisə nəticəsində 20 nəfər xəstəxanaya yerləşdirilib, 6 nəfərə isə yerində yardım edilib.

 





19.05.2015    çap et  çap et