Mayın 19-da Azərbaycan paytaxtında çoxmərtəbəli binada baş verən yanğın nəticəsində ölən 15 nəfərin hamısının kimliyi müəyyənləşib.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev APA-ya bildirib ki, onlar Məhərrəmova Fərəh Elnur qızı (3 yaş), Bağırov Sahib Rəhim oğlu (49 yaş), Bağırova Firəngiz Rəhim qızı (60 yaş), Şirinova Zülfiyyə Yavər qızı (43 yaş), Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş), Eyvazov Davud Hamir oğlu (16 yaş), Eyvazova Ülkər Hamir qızı (21 yaş), Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş), Həsənova Alla Antonovna (58 yaş), Utuyevsil Yuri Vladimiroviç (67 yaş), Boykova Lyubov Viktorovna (87 yaş) və Yəhyayeva Elmira Əliağa qızıdır (68 yaş).
Hadisə nəticəsində ölənlərdən ən yaşlısının 87, ən cavanı isə yaş yarımlıq körpə olub. Ölənlərdən Bağırova Firəngiz Rəhim qızı ilə Bağırov Sahib Rəhim oğlu qardaş-bacıdırlar. Eyvazov Davud Hamir oğlu ilə Eyvazova Ülkər Hamir qızı isə Şirinova Zülfiyyə Yavər qızının övladlarıdır.
*** 19.05.15, 17:56
Bakıda baş verən yanğın nəticəsində ölən 14 nəfərdən daha 7 nəfərin şəxsiyyəti müəyyənləşib.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev bildirib ki, onlar Məhərrəmova Fərəh Elnur qızı (3 yaş), Bağırov Sahib Rəhim oğlu (49 yaş), Bağırova Firəngiz Rəhim qızı (60 yaş), Şirinova Zülfiyyə Yavər qızı (43 yaş) və Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş), Eyvazov Davud Hamir oğlu (16 yaş), Eyvazova Ülkər Hamir qızıdır (21 yaş).
Ölənlərdən Bağırova Firəngiz Rəhim qızı ilə Bağırov Sahib Rəhim oğlu, Eyvazov Davud Hamir oğlu ilə Eyvazova Ülkər Hamir qızı qardaş-bacıdırlar..
Qeyd edək ki, bundan əvvəl ölənlərdən 4-nün şəxsiyyəti müəyyənləşib. Onlar Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş) idi.
Bununla ümumilikdə yanğın nəticəsində ölənlərdən 11 nəfərin şəxsiyyəti müəyyənləşib.
APA-nın əldə etdiyi məlumata görə, ölən 14 nəfərdən 5-i azyaşlıdır.
*** 16:26
Bakıda baş verən yanğın nəticəsində ölən 16 nəfərdən 4-nün şəxsiyyəti müəyyənləşib.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev bildirib ki, onlar Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğludur (2 yaş).
Hazırda ölənlərin digərlərinin də şəxsiyyətinin müəyyənləşməsi istiqamətində iş aparılır.
çap et